Azərbaycan pandemiyanın ölkə iqtisadiyyatına mənfi təsirlərinin azaldılmasına 752 mln. manat xərcləyib

Azərbaycan pandemiyanın ölkə iqtisadiyyatına mənfi təsirlərinin azaldılmasına 752 mln. manat xərcləyib
# 16 iyul 2020 09:50 (UTC +04:00)

"Pandemiya ilə mübarizə tədbirləri, onun ölkə iqtisadiyyatında yaratdığı mənfi təsirlərin azaldılması üçün Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə dövlət büdcəsindən ayrılmış 1,409 mlrd. manat vəsaitdən 752 mln. manat vəsaitin maliyyələşdirilməsi təmin olunub".

"APA-Economics"in məlumatına görə, bunu Azərbaycanın Maliyyə naziri Samir Şərifov Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda çıxış edərkən deyib.

Onun sözlərinə görə, bu mənbədən səhiyyə sahəsinə ayrılmış 250 mln. manat vəsaitdən 149 mln. manat, sosial-iqtisadi dəstək tədbirləri üzrə ayrılmış 570 mln. manat vəsaitdən 281 mln. manat, sosial təminat dəstək tədbirləri üzrə ayrılmış 309 mln. manat vəsaitdən 244 mln. manat, dövlət şirkətlərinə maliyyə dəstəyinin göstərilməsi ilə bağlı ayrılmış 280 mln. vəsaitdən isə 118 mln. manat artıq istifadə edilib.

"Pandemiyanın hansı müddətə qədər davam edəcəyi ilə bağlı qeyri-müəyyənliyin, dünya iqtisadiyyatında resessiyanın nə vaxt başa çataraq iqtisadi artımla əvəz olunacağını tam təxmin etmək hələ də qeyri-mümkündür. Beynəlxalq Valyuta Fondu dünya iqtisadiyyatının 3% azalmasına dair cari ilin aprel ayındakı proqnozunu iyun ayında 4,9-dək pisləşdirib. Bununla yanaşı, Fond 2021-ci ildə dünya iqtisadiyyatının sürətli bərpa olunması proqnozunu yeniləyərək daha mülayim addımla əvəzləyib", - deyə S. Şərifov qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR