Azərbaycanda əcnəbilər bank kartları ilə 302,7 mln. manat əməliyyat həyata keçirib

Azərbaycanda əcnəbilər bank kartları ilə 302,7 mln. manat əməliyyat həyata keçirib
# 31 avqust 2020 12:41 (UTC +04:00)

Koronavirus pandemiyası ilə əlaqədar olaraq bu ilin mart ayından etibarən Azərbaycana gələnlərin sayında azalma müşahidə olunub.

APA-Economics”in məlumatına görə, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Nicat Hacızadə deyib.

Onun sözlərinə görə, bunun nəticəsində 2020-ci ilin iyul ayında xarici vətəndaşların bank kartları vasitəsi ilə ölkədə apardıqları əməliyyatların həcmi 23 mln. manat təşkil edib.

“2020-ci ilin yanvar-iyul ayında isə əcnəbilər bank kartları vasitəsi ilə 302,7 milyon manatlıq əməliyyat aparılıb”, - deyə N. Hacızadə qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR