Azərbaycanda dövriyyədə olan debet kartları ilə bu ilin sentyabr ayı ərzində 2,325 mlrd. manat həcmində əməliyyat həyata keçirilib.
Azərbaycan Mərkəzi Bankından (AMB) "APA-Economics"ə verilən məlumata görə, əməliyyatların həcmi aylıq müqayisədə 8,9% azalıb. Ötən ilin eyni dövrü ilə müqayisədə isə 31,4% artım qeydə alınıb.
Sentyabr ayı ərzində debet kartları ilə həyata keçirilən ölkədaxili əməliyyatların 1,649 mlrd. manatı ATM, 281 mln. manatı POS-terminallar vasitəsilə həyata keçirilib, 286 mln. manatı isə elektron ticarət əməliyyatlarının payına düşüb.
Beləliklə, ölkədaxili əməliyyatların həcmi 2,216 mlrd. manat təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 1,1% azalıb, ötən ilin eyni dövrü ilə müqayisədə isə 35,7% artım deməkdir.
AMB-nin məlumatına əsasən, ölkə xaricində debet kartları ilə hesabat ayında 109 mln. manat əməliyyat həyata keçirilib. Bu da əvvəlki ayla müqayisədə 25,3% artıb, ötən ilin eyni dövrü ilə müqayisədə isə 21% azalıb.
Qeyd edək ki, cari ilin sentyabr 1-nə Azərbaycanda 7 743 min ədəd debet kartı olub. Bu aylıq müqayisədə 0,8% azalma, illik müqayisədə isə 20,3% artım deməkdir.