Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı 1,9% artıb

Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı 1,9% artıb
# 15 sentyabr 2020 16:36 (UTC +04:00)

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 5,722 mlrd. manat dəyərində kənd təsərrüfatı məhsulu istehsal olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,9% çoxdur.

"APA-Economics"in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, hesabat dövründə heyvandarlıq məhsullarının payı 48,9% və ya 2,799 mlrd. manat təşkil edib ki, bu da 2019-cu ilin analoji ayları ilə müqayisədə 3,2% çoxdur.

Bitkiçiliyə gəldikdə isə, hesabat dövründə 2,923 mlrd. manatlıq məhsul istehsal olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0,6% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR