Azərbaycanda məcburi audit subyektlərinin 92%-i yoxlamalardan yayınıb - CƏDVƏL

Azərbaycanda məcburi audit subyektlərinin 92%-i yoxlamalardan yayınıb - CƏDVƏL
# 12 may 2020 14:18 (UTC +04:00)

Ötən il Azərbaycan üzrə 46 282 ədəd məcburi audit obyektindən yalnız 3 745-i və ya 8,09%-i yoxlamadan keçib.

"APA-Economics" bu barədə Hesablama Palatasının illik hesabatına istinadən xəbər verir.

Məlumata əsasən, məcburi auditdən keçən subyektlərin sayında 2018-ci ilə nisbətən 19% artım qeydə alınıb.

Bildirilir ki, ötən il ölkədə bankların sığorta şirkətlərinin hamısı, bələdiyyələrin 89,53%-i, səhmdar cəmiyyətlərin 47,8%-i, siyasi partiyaların 27,27%-i, MMC-lərin 3,88%-i məcburi auditdən keçib.

Xatırladaq ki, 2019-cu il ərzində yerinə yetirilmiş 5 205 müqavilədən 3 745-i məcburi auditin subyekti, 1 460-ı isə könüllü auditin subyekti olub. Bu da uyğun olaraq 71,95% və 28,05% təşkil edib.

Məcburi audit subyektlərinin təşkilati-hüquqi forması

Respublika üzrə məcburi audit subyektlərinin sayı

2019-cu il üzrə məcburi auditdən keçən təsərrüfat subyektlərinin sayı

Auditdən keçmə %-i

Səhmdar cəmiyyətlər

1 163

556

47,8

Məhdud məsuliyyətli cəmiyyətlər

43 408

1 686

3,88

Bələdiyyələr

1604

1436

89,53

Banklar

30

30

100

Sığorta şirkətləri

22

22

100

Siyasi partiyalar

55

15

27,27

Cəmi

46 282

3 745

8,09

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR