Azərbaycanda özəl sektor ixracı 2,4% artırıb

Azərbaycanda özəl sektor ixracı 2,4% artırıb
# 17 iyun 2020 15:22 (UTC +04:00)

Bu ilin yanvar-may ayları ərzində Azərbaycana özəl sektor tərəfindən 3 065 252,6 min dollar dəyərində mal idxal olunub.

Dövlət Gömrük Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4% azdır.

Eyni zamanda, hesabat dövründə özəl sektor tərəfindən 3 497 663,55 min dollar dəyərində məhsul ixrac olunub ki, bu da illik müqayisədə 2,4% artım deməkdir.

Beləliklə, ölkə üzrə cəmi idxalın 73,59%-i məhz özəl sektor tərəfindən həyata keçirilib. Ölkə üzrə cəmi ixracda özəl sektorun xüsusi çəkisi 50,17% təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR