Elman Rüstəmov: "Cinayət Məcəlləsinə maliyyə xidməti istehlakçılarını aldadanlara qarşı konkret cəza və müddəalar daxil edilməlidir"

#
# 13:54
30 iyul 2020

Cinayət Məcəlləsinə maliyyə xidmətlərinin istehlakçılarına yalan məlumat vermək, onları aldatmaq hallarına qarşı daha konkret cəzalar və müddəalar daxil edilməlidir.

APA-Economics”in verdiyi xəbərə görə, bu barədə Azərbaycamn Mərkəzi Bankının sədri Elman Rüstəmov məlumat verib.

“Bizdə Cinayət Məcəlləsində dələduzluq, aldatma, vəzifə səlahiyyətləindən sui-istifadə etmə və saxtakalrlıq üzrə kifayət qədər maddələr var. Bu maddələri bir daha konkretləşdirmək lazımdır. O cümlədən də maliyyə xidmətlərinin istehlakçılarına yalan məlumat vermək, onları aldatmaq hallarına qarşı daha konkret cəzalar və müddəalar daxil edilməlidir. Biz həm bank ictimaiyyəti , həm də aidiyyəti qurumlarla məsləhətləşmələr aparacağıq. Məsləhətləşmələrdən sonra belə bir təşəbbüslə çıxış etmək fikrimiz var. Əhalinin, biznesin mənafeləri, istənilən maliyyə xidməti istehlakçılarının maliyyə hüquqları tam - qanunvercilik və requlyativ nəzarət çərçivəsində qorunmalıdır”, - deyə o bildirib. 

Sədr qeyd edib ki, banklarda audit məsələlərinin gücləndirilməsinə diqqət ediləcək: "Bankların daxili nəzarət sistemlərini, daxili və xarici audit məsələlərini gücləndirmək istəyirik , çoxtərəfli yaxşı koordinasiya olunmuş nəzarət sistemi qoyulacaq. AMB-nin bu məsələlərə diqqəti artıb. Bundan sonra da bu məsələləri operativ izləyəcəyik. Maliyyə vəziyyətində problem olan banklarda bu, tez-tez baş verə bilər, xüsusi olaraq, risk qruplarını müəyyənləşdirəcəyik ki, bunlar kimlərdir? 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR