Venesuela fermerlərə milli kriptovalyutada kreditlər ayırıb

Venesuela fermerlərə milli kriptovalyutada kreditlər ayırıb
# 23 aprel 2020 11:16 (UTC +04:00)

Venesuela hökuməti ölkənin aqrosənaye sahəsində bizneslə məşğul olan kiçik və orta müəssisələrə milli kriptovalyutada – petroda kreditlər ayırıb.

"APA-Economics"in TASS-a istinadən verdiyi məlumata görə, bu barədə çərşənbə günü Boliviya Respublikasının Prezidenti Nikolas Maduro hökumətin iqtisadi bloku ilə görüşdən sonra açıqlama verib.

"Məhsuldar görüş zamanı (fermerlərə) 650 mindən çox petro ayrılması qərara alınıb. Bu, 1 mln. hektardan çox sahədə əkin aparmaq planımızın bir hissəsidir. Karantin və istehsal bir-birinə zidd deyil", - deyə N. Madura bildirib.

Hazırda petronun məzənnəsi 8,5 mln. bolivara bərabərdir. Beləliklə, kreditin həcmi 5,5 trln. bolivar və ya təxminən 40,2 mln. ABŞ dolları təşkil edir.

Qeyd edək ki Maduro milli kriptovalyutanın dövriyyəyə buraxılmasını 2017-ci ilin oktyabr ayında elan edib. Petronun satışına 2018-ci ilin fevralın 20-də başlanıb. Onun dəyəri ölkədə istehsal olunan bir barel neftin qiymətinə bərabərdir.

Xatırladaq ki, Venesuela son illər hiperinflyasiya və milli valyutanın devalvasiyası ilə müşayiət olunan kəskin sosial-iqtisadi böhran yaşayır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR