Azərbaycanda Visa B2B Connect ödəmə şəbəkəsi istifadəyə verilib

Azərbaycanda Visa B2B Connect ödəmə şəbəkəsi istifadəyə verilib
# 06 may 2021 11:05 (UTC +04:00)

“Kapital Bank” və Visa şirkəti Azərbaycanda Visa B2B Connect ödəmə şəbəkəsini istifadəyə verib. Bankdan “APA-Economics”ə verilən məlumata görə, bu xidmət vasitəsilə “Kapital Bank”ın korporativ və biznes müştəriləri, artıq şirkətlərarası və beynəlxalq köçürmələri sürətli, etibarlı və daha az əməliyyat xərcləri ilə göndərmək və qəbul etmək imkanı əldə edəcəklər.
Visa B2B Connect sistemi hesablaşmalar zamanı olan mövcud məhdudiyyətləri aradan qaldıraraq, köçürmə sürətini əhəmiyyətli dərəcədə artırır. Platforma eyni zamanda vəsaiti göndərənlərə və alanlara köçürmələrin şəffaf olmasını, cari vəziyyətini, pul axınına nəzarəti izləməyə imkan yaradır.
Təkmilləşdirilmiş təhlükəsizlik və dələduzluq hallarından qorunma bu unikal platformanın əsas xüsusiyyətlərindən biridir. Yeni innovativ sistemi tətbiq etməklə “Kapital Bank”, həm ölkənin rəqəmsal imkanlarının genişlənməsinə, həm də sahibkarlığın inkişafına öz töhfəsini verəcək. Qeyd edək ki, Visa B2B Connect hazırda dünyanın 80-dən çox bazarında mövcuddur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR