Azərbaycandakı banklar bugünkü valyuta hərracında 24 mln. dollar cəlb edib

Azərbaycandakı banklar bugünkü valyuta hərracında 24 mln. dollar cəlb edib
# 06 may 2021 12:25 (UTC +04:00)

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

"APA-Economics"in AMB-yə istinadən verdiyi xəbərə görə, hərracda tələb 24,3 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib. Beləliklə, sonuncu valyuta hərracında tələb əvvəlki hərracla (4 may 2021-ci il tarixində keçirilib – red.) müqayisədə 2,6 dəfə azalıb.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR