Ermənistanda əsgərin asılmış meyiti tapılıb

Ermənistanda əsgərin asılmış meyiti tapılıb
# 26 noyabr 2019 14:09 (UTC +04:00)

Ermənistanda əsgərin asılmış meyiti tapılıb. 

APA-nın "sputnik armenia"ya istinadən verdiyi xəbərə görə, Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilib ki, bu gün səhər saat 09:00-da Dilican Hərbi Təlim Mərkəzində əsgər Vahan Muşeqyanın ağacdan asılmış meyiti aşkar edilib.

2000-ci il təvəllüdlü V. Muşeqyan Syunik Ərazi Hərbi Kommisarlığından hərbi xidmətə çağrılıb.

Faktla bağlı İstintaq Komitəsi tərəfindən cinayət işi başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR