Gürcüstana daxil olmaq istəyən İran vətəndaşlarına icazə verilməyib

Gürcüstana daxil olmaq istəyən İran vətəndaşlarına icazə verilməyib
# 27 fevral 2020 00:13 (UTC +04:00)

Türkiyədən Sarp gömrük buraxılış məntəqəsi vasitəsi ilə Gürcüstana daxil olmaq istəyən İran vətəndaşlarına keçid üçün icazə verilməyib.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Acarıstan Muxtar Respublikasının Səhiyyə nazirinin müavini Nino Nizaradze məlumat yayıb.

Bildirilib ki, həmin şəxslərdə yüksək bədən temperaturu müşahidə edildiyindən Türkiyəyə geri göndəriliblər.

Qeyd edək ki, Gürcüstanda koronavirusa ilk yoluxmanın qeydə alınmasından sonra Baş Nazir Giorgi Qaxariyanın rəhbərliyi ilə keçirilən Agentliklərarası Fövqəladə Koordinasiya Qrupunun iclasında İranla gediş-gəliş tam məhdudlaşdırılıb, İran vətəndaşlarının ölkəyə daxil olmasına məhdudiyyət qoyulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR