İrəvanda marşrut taksi sürücüləri tətil edir

İrəvanda marşrut taksi sürücüləri tətil edir
# 10 fevral 2020 14:10 (UTC +04:00)

Ermənistanın paytaxtı İrəvanda bu gün səhərdən ona yaxın marşrut taksi reysinin sürücüləri tətilə başlayıb.

APA-nın “news.am” saytına istinadən verdiyi məlumata görə, onlar iş şəraitinin yaxşılaşdırılmasını istəyirlər.

“Paşinyan hərəkatı başladanda, ilk olaraq biz ona qoşulduq. İndi nə oldu? Tıxac səbəbindən qaz çatışmır, özümüz ödəməli oluruq. Yağı 300 drama alırdıq, indi 1200 dramdan ucuz tapmaq mümkün deyil. Bizə mükafat təyin olunsun, əlavələr edilsin, vergidən, gömrük rüsumundan azad olunmağımızı istəyirik. İnsanlar təəccüblənir ki, biz bu şərtlərlə planı necə verə bilirik? Qaz baha, maşınlar köhnə, ehtiyat hissələri bahalaşıb”, - deyə sürücülər bildiriblər.

Sürücülərlə görüşən İrəvan meriyasının Nəqliyyat İdarəsinin rəisi Edqar Qalstyan tələblərin aidiyyəti orqanlara çatdırılması üçün 10 gün möhlət istəyib, onlardan işə başlamalarını xahiş edib. Sürücülər işə çıxmağa razılıq versələr də, problemləri həll olunmasa, tətili bərpa edəcəklərini bildiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR