Koronavirusa yoluxan Rusiya Baş Nazirinin müalicəsi davam edir

Koronavirusa yoluxan Rusiya Baş Nazirinin müalicəsi davam edir
# 05 may 2020 11:37 (UTC +04:00)

Yeni növ koronavirusa (COVID-19) yoluxan Rusiyanın Baş Naziri Mixail Mişustin özünü yaxşı hiss edir və onun müalicəsi davam edir.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Nazirlər Kabinetinin mətbuat katibi Boris Belyakov bildirib.

“Mixail Vladimiroviç həkimlərin nəzarəti altında tibb müəssisələrindən birində müalicəsini davam etdirir. Onun vəziyyəti normal olaraq qalır. Müalicə planlaşdırılmış şəkildə aparılır. Səhiyyə Nazirliyi tərəfindən xəstəliyin müalicəsi üçün tövsiyə edilən dərmanlardan istifadə edilir”, - deyə B. Belyakov vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR