Moskvada Putin və Lukaşenko arasında 4 saata yaxın görüş keçirilib

Moskvada Putin və Lukaşenko arasında 4 saata yaxın görüş keçirilib
# 23 aprel 2021 01:18 (UTC +04:00)

“Rusiya Prezidenti Vladimir Putin və Belarus Prezidenti Aleksandr Lukaşenko arasında Moskvada təxminən 4 saat davam edən danışıqlar başa çatıb”.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bunu açıqlamasında Kremlin sözçüsü Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, dövlət başçıları iqtisadi sahədə ikitərəfli əməkdaşlığı müzakirə ediblər:

“Əsasən sənaye kooperativi, enerji və tibb sahəsindəki əməkdaşlıq, habelə yüksək texnoloji sahələrdə qarşılıqlı əlaqə müzakirə edilib. Bundan əlavə, son dövrdə hökumət səviyyəsində ixtisaslaşmış sahələr vasitəsilə görülən işlər yekunlaşdırılıb”.

Peskov əlavə edib ki, tərəflər arasında bir sıra həssas məsələlər də müzakirə edilib.

Belarus lideri, öz növbəsində, Moskva və Minskin 26-27 inteqrasiya kartı barədə razılığa gəldiyini, iki və ya üç iqtisadi xarakterli çox ciddi proqramın qaldığını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR