Qaxariya: “Qonşu ölkələrlə yükdaşımaları qaydaları sadələşdirilməlidir”

Qaxariya: “Qonşu ölkələrlə yükdaşımaları qaydaları sadələşdirilməlidir”
# 17 mart 2020 23:47 (UTC +04:00)

“Koronavirusla mübarizədə qonşu ölkələrlə yükdaşımalarına məhdudiyyət gətirilməli deyil, əksinə, qaydalar sadələşdirilməlidir”.

APA-nın yerli bürosu xəbər verir ki, Gürcüstanın Baş Naziri Giorgi Qaxariya jurnalistlərə açıqlamasında belə deyib.

O bildirib ki, hökumət yükdaşımalarına əlavə məhdudiyyət gətirilməsini düşünmür.

“Biz hazırda həm ölkəmizin, həm də qonşu ölkələrin maraqlarına uyğun bütün addımları atırıq. Qonşu ölkələrlə yükdaşımalarının mümkün qədər qüsursuz olması ilk növbətə əsas istehlak mallarının ölkəyə gətirilməsini asanlaşdırır”, - deyə Baş Nazir bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR