Rusiya gələn aydan beynəlxalq uçuşları bərpa edir

#
# 14:35
24 iyul 2020

Rusiya avqustun 1-dən beynəlxalq uçuşları bərpa edir.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiyanın Baş Naziri Mixail Mişustin bildirib.

Onun sözlərinə görə, ilkin olaraq uçuşlar Moskva, Moskva vilayəti, Sankt-Peterburq və Rostovdan həyata keçiriləcək.

Uçuşların həyata keçiriləcəyi ölkələrin siyahısı isə sonra açıqlanacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR