Rusiyada COVID-19-a yoluxanların sayı 600 minə yaxınlaşır

Rusiyada COVID-19-a yoluxanların sayı 600 minə yaxınlaşır
# 23 iyun 2020 11:42 (UTC +04:00)

Rusiyada son sutka ərzində daha 7425 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 599 705 nəfərə çatıb.

Son sutka ərzində 153 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 8359 nəfərə çatıb.

Xəstəlikdən sağalanların sayı 356 459 nəfərdir.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ və Braziliyadan sonra üçüncü yerdə gəlir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR