Rusiyada içərisində 176 nəfərin olduğu təyyarə qəza enişi edib

Rusiyada içərisində 176 nəfərin olduğu təyyarə qəza enişi edib
# 04 yanvar 2020 10:44 (UTC +04:00)

Rusiyada göyərtəsində 176 nəfərin olduğu sərnişin təyyarəsi qəza enişi edib.

APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, Tümendən Sankt-Peterburqa uçan “Airbus A320” sərnişin təyyarəsi Permdəki "Bolşoy Savino" hava limanına təcili eniş etməyə məcbur olub.

İlkin məlumata görə, təcili enişin səbəbi təyyarənin naviqasiya sistemində problem yaranmasıdır.

Enişdən əvvəl təyyarənin yanacağının bitdiyi də bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR