Rusiyada daha 1 241 nəfər COVID-19-dan ölüb

Rusiyada daha 1 241 nəfər COVID-19-dan ölüb
# 22 noyabr 2021 12:54 (UTC +04:00)

Rusiyada son sutka ərzində daha 35 681 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların 9 366 839 nəfərə çatıb.

Son sutka ərzində 1 241 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 265 336 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə ABŞ, Böyük Britaniydan sonra üçüncü yerdə gəlir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR