Rusiyada uşaqlar arasında COVİD-19-a yoluxma intensivləşib

Rusiyada uşaqlar arasında COVİD-19-a yoluxma intensivləşib
# 28 oktyabr 2021 20:56 (UTC +04:00)

Pandemiya dövründə Moskvada 200 minədək uşaq koronavirusa yoluxub.

APA-nın TASS agentliyinə istinadən xəbərinə görə, bunu paytaxt merinin müavini Anastasiya Rakova bildirib.

Rakova qeyd edib ki, son həftədə uşaqlar arasında gündə orta hesabla min yoluxma qeydə alınır. Halbuki, əvvəlki dövrdə ən pis halda 300 yoluxma qeydə alınırdı. Xəstəxanaya yerləşdirmə sayı isə 5 nəfər ətrafında olurdu. Hazırda xəstəxanadakı uşaqların yeddisi reanimasiyadadır. Koronavirusu 15-17 yaşlarında olan yeniyetmələr daha ağır keçirirlər. Ümumilikdə isə delta ştammı uşaqlar üçün digər variantlardan daha təhlükəlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR