Zviad Qamsaxurdiyanın qəbrinin üstündə yanğın baş verib

Zviad Qamsaxurdiyanın qəbrinin üstündə yanğın baş verib
# 24 may 2007 15:00 (UTC +04:00)
Gürcüstanın sabiq prezidenti Zviad Qamsaxurdiyanın Müqəddəs David ata məbədində yerləşən qəbrinin üstündə yanğın baş verib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, sabiq prezidentin oğlu atasının qəbrinin qəsdən yandırılması xəbərini təsdiqləməyib. O bildirib ki, gecə saatlarında bir neçə şəxs atasının məzarını ziyarət edərək qəbrin üstündə şam yandırıblar. Ziyarətçilər şamları söndürmədən məbədi tərk ediblər, külək səməsi nəticəsində şamdan yayılan alov yaxınlıqdakı quru ağac və güllərin alışmasına səbəb olub. Sabiq prezidentin ailə üzvləri bu hadisənin qəsdən törədilməsi versiyasını istisna edirlər. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR