Tiflisdəki hərbi hissədə zabitlərlə çağırışçılar arasında qarşıdurma olub

Tiflisdəki hərbi hissədə zabitlərlə çağırışçılar arasında qarşıdurma olub
# 28 sentyabr 2007 10:07 (UTC +04:00)
Sentyabrın 27-də axşam Gürcüstan Müdafiə Nazirliyinin Tiflisdə yerləşən dördüncü briqadasının ərazisində zabitlərdə sərxoş çağırışçılar arasında qarşıdurma yaranıb. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, həqiqi hərbi xidmətə çağırılmış 20-yə yaxın əsgər ümumi davranış qaydalarını pozduğuna görə zabitlər tərəfindən xəbərdarlıq alıb. Nəticədə tərəflər arasında mübahisə yaranıb və bu zaman atəş səsləri eşidilib. Hərbi polis qüvvələri insidentin böyüməsinə yol verməyiblər. Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, hadisə zamanı heç kim güllə yarası almasa da, əlbəyaxa davada xəsarət alanlar olub. Hazırda olayın səbəbləri araşdırılır. İstintaq hərbi hissəyə spirtli içkinin hansı yolla gətirildiyini də müəyyənləşdirir. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR