İrakli Okruaşvilinin dostu olan iş adamının qardaşı həbs edilib

İrakli Okruaşvilinin dostu olan iş adamının qardaşı həbs edilib
# 17 oktyabr 2007 11:51 (UTC +04:00)
Gürcüstanın sabiq müdafiə naziri İrakli Okruaşvilinin dostu, iş adamı Kibar Xalvaşinin qardaşı Niyaz Xalvaşi həbs edilib. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, N. Xalvaşi dünən gecə Batumidə saxlanılıb və hazırda dindirilir. Saxlanıldıqdan iki saat sonra N. Xalvaşi ilə görüşən ombudsmanın nümayəndəsi Georgi Çarkviani onun vəkildən imtina etdiyini deyib. Hüquq-mühafizə orqanlarının əməkdaşları Kibar Xalvaşinin də evinə gediblər. K. Xalvaşinin həyat yoldaşı Nona bildirib ki, mülki geyimli şəxslər Kibarın harada olduğunu soruşublar və ondan hansısa sənədi imzalamağı tələb ediblər. Lakin N. Xalvaşi qapını açmayıb. O, hesab edir ki, həyat yoldaşına hüquq-mühafizə orqanlarının xüsusi diqqəti onun İrakli Okruaşvili ilə yaxın dostluğundan irəli gəlir. Baş prokurorun müavini Nikoloz Qvaramiya isə Kibar Xalvaşinin İrakli Okruaşviliyə qarşı irəli sürülmüş bəzi ittihamlar üzrə çox dəyərli informasiya daşıyıcısı olduğunu vurğulayıb. Söhbət müxtəlif hərbi obyektlərin tikintisindən gedir. İstintaqın məlumatına əsasən 2005-ci ilin yanvarında İ. Okruaşvili müdafiə naziri olarkən yaxın dostu Kibar Xalvaşiyə tikinti şirkəti yaratmağı təklif edib. K. Xalvaşinin yaratdığı “İnternational Bilding Company” ilə Müdafiə Nazirliyi arasında 140 milyon lari həcmində üç müqavilə imzalanıb. Bundan başqa, ofşor zona sayılan Virciniya adasında qeydiyyatdan keçmiş bir şirkətdən yanacaq alınması üçün qanunsuz müqavilə imzalanıb və bunun üçün tələb olunan məbləğdən daha çox pul ödənilib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR