Gürcüstanda kriminal aləmdə nüfuzu olan bir neçə şəxs həbs olunub

Gürcüstanda kriminal aləmdə nüfuzu olan bir neçə şəxs həbs olunub
# 25 oktyabr 2007 11:55 (UTC +04:00)
Gürcüstanda kriminal aləmdə nüfuzlu şəxs hesab olunan 15 nəfər həbs olunub. APA-nın Gürcüstan bürosunun məlumatına görə, Kutaisidə keçirilən əməliyyat zamanı saxlanan şəxslər arasında “qanuni oğru” Malxaz Mindadzenin yaxın qohumu Konstantin Dzoçenidze də var. Saxlanan şəxsin həyat yoldaşı media nümayəndələrinə bildirib ki, Moskvada yaşayan Malxaz Mindadze ilə artıq bir neçə ildir əlaqələri yoxdur. O, 1-ci qrup əlil olan Dzoçenidzenin kriminal aləmlə heç bir əlaqəsi olmadığını deyib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR