Gürcüstan İctimai Televiziyasının iki əməkdaşı yol qəzasında ölüb

Gürcüstan İctimai Televiziyasının iki əməkdaşı yol qəzasında ölüb
# 18 yanvar 2008 10:14 (UTC +04:00)
Gürcüstan İctimai Televiziyasının iki əməkdaşı yol-nəqliyyat hadisəsində ölüb. APA-nın “Novosti-Qruziya”ya istinadən verdiyi məlumata görə, hadisə yanvarın 18-də saat 04.00 radələrində paytaxt Tiflisdə, Vake-Saburtalo yolunda baş verib. İctimai Televiziyanın jurnalisti Zurab Camaspişvili və operator Mixail Okromçedlişvili aldıqları xəsarətdən dünyalarını dəyişiblər. Olayın təfərrüatları hələlik bəlli deyil. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR