Bakıda zəncirvari ağır yol qəzası baş verib, xəsarət alan var - FOTO

Bakıda zəncirvari ağır yol qəzası baş verib, xəsarət alan var - FOTO
# 11 may 2024 00:48 (UTC +04:00)

Bakının Sabunçu rayonunda zəncirvari ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, qəza Zabrat-Balaxanı yolunun kəsişməsində qeydə alınıb.

Belə ki, zəncirvari qəza "Tofaş", "Khazar", "Mercedes" və "KIA" markalı minik avtomobillərinin iştirakı ilə baş verib.

Hadisə nəticəsində "Tofaş" yararsız vəziyyətə düşüb.

Qəzada sözügedən minik avtomobilinin sürücüsü ağır xəsarət alıb. Yaralı təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparılıb.

Əraziyə polis əməkdaşları cəlb edilib. Qəza səbəbindən Zabrat yolunda uzun tıxac yaranıb.

Hadisənin təfərrüatı araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR