Dünya Bankı Gürcüstana koronavirusla mübarizə məqsədi ilə 34.5 milyon dollar ayırıb

Dünya Bankı Gürcüstana koronavirusla mübarizə məqsədi ilə 34.5 milyon dollar ayırıb
# 08 iyun 2021 11:10 (UTC +04:00)

Dünya Bankı Gürcüstana yeni növ koronavirus (COVID-19) əleyhinə vaksinsiya prosesini gücləndirmək məqsədi ilə əlavə 34.5 milyon ABŞ dolları ayırıb.

APA-nın Gürcüstan bürosu xəbər verir ki, bu barədə məlumatı Dünya Bankı yayıb. 

Bildirilib ki, maliyyə vəsaitinin ayrılmasında məqsəd Gürcüstan hökumətinin 2021-ci ilin sonunadək əhalinin 60 faizinin peyvəndlənməsi planını dəstəkləməkdir. 

Qeyd edək ki, Dünya Bankı daha əvvəl 2020-ci ilin martında Gürcüstana pandemiya ilə mübarizə çərçivəsində 80 milyon dollar ayırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR