Ermənistanda COVID-19-a yoluxanların sayı 266 mini ötüb

Ermənistanda COVID-19-a yoluxanların sayı 266 mini ötüb
# 05 oktyabr 2021 11:12 (UTC +04:00)

Ermənistanda son sutkada yeni növ koronavirus (COVID-19) infeksiyasına 891 yeni yoluxma qeydə alınıb.

APA-nın “Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, ölkədə infeksiyaya yoluxanların ümumi sayı 266 208 nəfərə çatıb.

Son sutka ərzində xəstəlikdən 22 ölüm halı qeydə alınıb. Bununla da indiyədək koronavirusdan ölənlərin ümumi sayı 5419 nəfərə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR