Ermənistanda növbədənkənar parlament seçkilərində səsvermə başa çatıb

Ermənistanda növbədənkənar parlament seçkilərində səsvermə başa çatıb
# 20 iyun 2021 20:28 (UTC +04:00)

Ermənistanda növbədənkənar parlament seçkilərində səsvermə başa çatıb.

APA TASS-a istinadən xəbər verir ki, səhər saat 08:00-dan (Bakı vaxtı ilə eynidir) açıq olan seçki məntəqələri artıq bağlanıb, məntəqə komissiyaları üzvləri səsləri saymağa başlayıblar.

Mərkəzi Seçki Komissiyasının (MSK) son məlumatlarına görə, saat 17:00-a seçici fəallığı 38,17% olub - 989 972 nəfər iştirak edib. MSK-nın rəhbəri Tiqran Mukuçyan seçkilərdə iştirakın ilkin nəticələrini saat saat 21:00-da elan edəcək.

Müşahidəçilər seçkilərin sakit şəraitdə keçdiyini bildiriblər. Pozuntuların əksəriyyəti texniki xarakter daşıyıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR