Lavrov İran xarici işlər naziri ilə Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib

Sergey Lavrov

© APA | Sergey Lavrov

# 06 oktyabr 2021 14:32 (UTC +04:00)

Rusiya və İran xarici işlər nazirləri Xəzər regionunda əməkdaşlığı, Cənubi Qafqazda vəziyyəti müzakirə ediblər.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı Hüseyn Əmir Abdullahianla danışıqlarının yekunlarına dair birgə mətbuat konfransında bildirib.

Lavrov bugünkü danışıqlarda ikitərəfli münasibətləri, Əfqanıstan və Suriyadakı vəziyyəti ətraflı müzakirə etdiklərini söyləyib: “Bundan başqa, Xəzər regionundakı əməkdaşlığı, Xəzərin hüquqi statusu ilə bağlı Konvensiyanın ratifikasiyasını, Cənubi Qafqazda vəziyyəti, Yaxın Şərq və Şimali Afrika regionundakı prosesləri müzakirə etdik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR