Moskva vilayətində terror planlaşdıran İŞİD üzvü saxlanılıb

Moskva vilayətində terror planlaşdıran İŞİD üzvü saxlanılıb
# 09 iyul 2021 12:32 (UTC +04:00)

Moskva vilayətində terror aktı planlaşdıran İŞİD üzvü saxlanılıb.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiya İstintaq Komitəsinin Moskva vilayəti üzrə Baş idarəsinin rəisinin böyük köməkçisi Olqa Vradiy bildirib.

O, partlayış hazırlığı görən qonşu dövlətlərdən birinin 21 yaşlı sakininin saxlanıldığını söyləyib: “Terror aktının qarşısını almağa nail olunub. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR