Putin: “Rusiya Britaniya gəmisini batırsa belə, Üçüncü Dünya müharibəsi başlamayacaqdı”

Vladimir Putin

© APA | Vladimir Putin

# 30 iyun 2021 14:45 (UTC +04:00)

Rusiya Prezidenti Vladimir Putin bir müddət əvvəl Qara dənizdə Böyük Britaniyanın “Defender” minadaşıyan hərbi gəmisi ilə bağlı insidenti təxribat adlandırıb.

APA-nın Moskva müxbirinin xəbərinə görə, Vladimir Putin “Birbaşa xətt” verilişində bu təxribatda tək britaniyalıların deyil, amerikalıların da iştirak etdiyini bildirib.

“Rusiya gəmiləri Britaniyanın “Defender” minadaşıyan gəmisini batırsa belə, Üçüncü Dünya müharibəsi başlamayacaqdı. Bunu edənlər başa düşür ki, onlar bu vəziyyətdən qalib çıxmayacaqlar”, - deyə Rusiya Prezidenti vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR