Putin və Paşinyan arasında telefon danışığı olub

Nikol Paşinyan, Vladimir Putin

© APA | Nikol Paşinyan, Vladimir Putin

# 22 iyul 2021 19:08 (UTC +04:00)

Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan arasında telefon danışığı olub.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, tərəflər regiondakı vəziyyəti, 2020-ci il noyabrın 9-da və 2021-ci il yanvarın 11-də imzalanmış üçtərəfli razılaşmaların icrasını, o cümlədən regionda kommunikasiyaların açılmasını və digər məsələləri müzakirə ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR