Qırğız Respublikasında parlament seçkilərinin keçiriləcəyi tarix məlum olub

Qırğız Respublikasında parlament seçkilərinin keçiriləcəyi tarix məlum olub
# 29 avqust 2021 09:15 (UTC +04:00)

Qırğız Respublikasında təkrar parlament seçkiləri bu il noyabrın 28-də keçiriləcək.

APA-nın məlumatına görə, bu barədə Qırğız Respublikasının Prezidenti Sadır Japarov müvafiq sərəncam imzalayıb.

Prezidentin mətbuat xidmətinin yaydığı məlumatda qeyd edilib ki, avqustun 27-də seçkilərlə əlaqədar Konstitusiya qanunu qüvvəyə minir və qanun deputatların yeni qaydada seçilməsini nəzərdə tutur. Deputatların sayı 120 nəfərdən 90 nəfərə qədər azalacaq, 54 deputat proporsional sistem, 36 deputat majoritar sistem əsasında seçiləcək. Bundan öncəki parlament ancaq proporsional sistem, yəni partiyaların siyahılar üzrə irəli sürdüyü namizədlər əsasında formalaşıb.

Qeyd edək ki, Qırğız Respublikasında hazırkı deputatların səlahiyyət müddəti keçən ilin payızında başa çatıb. Ancaq 4 oktyabr 2020-ci ildə parlamentə keçirilən seçkilər zamanı kütləvi surətdə seçicilərin pula ələ alınması faktları aşkarlandığı üçün Mərkəzi Seçki Komissiyası seçkinin nəticələrini ləğv edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR