Rusiya “AstraZeneca”nın formulunu oğurlamaqda ittiham olunur, Lavrov iddiaları əsassız sayır

Sergey Lavrov

© APA | Sergey Lavrov

# 12 oktyabr 2021 13:21 (UTC +04:00)

Xarici işlər naziri Sergey Lavrov Rusiyanın koronavirusa qarşı “AstraZeneca” peyvəndinin formulunu oğurlaması barədə iddialara münasibət bildirib.

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, S. Lavrov Britaniya mətbuatının bu barədə yazdıqlarını əsassız adlandırıb.

“Hesab etmirəm ki, kimsə bu əsassız ittihamları ciddi qəbul edəcək. Belə əsassız ittihamlar indiyə qədər çox olub”, - deyə Rusiya XİN başçısı vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR