Rusiyada 2 qadın qatarın altında qalıb, onlardan biri hadisə yerində ölüb 

Rusiyada 2 qadın qatarın altında qalıb, onlardan biri hadisə yerində ölüb 
# 08 sentyabr 2021 02:30 (UTC +04:00)

Rusiyanın Nijni Novqorod şəhərində bədbəxt hadisə baş verib.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, iki qadın lokomotivin təkərləri altına düşüb.

Rusiya İstintaq Komitəsinin Nəqliyyat üzrə regional İdarəsinin məlumatına görə, hadisə Kanavinski rayonunun Bazovıy Proezd küçəsi yaxınlığında baş verib.
Qadınlardan biri hadisə yerində ölüb, digəri isə reanimasiyaya yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR