Rusiyada avtomobil aşıb, 21 nəfər xəsarət alıb

Rusiyada avtomobil aşıb, 21 nəfər xəsarət alıb
# 05 iyun 2021 16:57 (UTC +04:00)

Rusiyada yük avtomobilinin aşması nəticəsində 21 nəfər xəsarət alıb.

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, Rusiya Federasiyasının Tıva Respublikasının Çaa-Xol-Şançı yolunda yük avtomobili yoldan çıxaraq aşıb.

Hadisə nəticəsində 21 nəfər, o cümlədən beş uşaq müxtəlif dərəcəli xəsarətlər alıb.

Xəsarət alanlardan ikisi uşaq olmaqla, yeddisi xəstəxanaya yerləşdirilib.

Digərlərinə ambulator yardım göstərilib.

Araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR