Rusiyada koronavirusdan ölənlərin sayı 185 mini ötüb

Rusiyada koronavirusdan ölənlərin sayı 185 mini ötüb
# 03 sentyabr 2021 12:37 (UTC +04:00)

Rusiyada son sutka ərzində daha 18 856 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 6 975 174 nəfərə çatıb.

Son sutka ərzində 799 nəfərin koronavirusdan öldüyü bildirilib.

Ümumilikdə koronavirusdan ölənlərin sayı 185 611 nəfərə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR