Rusiyada son sutkada COVID-19-dan 406 nəfər ölüb

Rusiyada son sutkada COVID-19-dan 406 nəfər ölüb
# 26 may 2021 12:05 (UTC +04:00)

Rusiyada son sutka ərzində daha 8373 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 5 026 128 nəfərə çatıb.

Son sutka ərzində 406 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 119 600 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan, Braziliya, Fransa və Türkiyədən sonra altıncı yerdə gəlir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR