Azərbaycanın birinci xanımı Romada Nizami Gəncəvinin abidəsinin açılış mərasimində iştirak edib-FOTO
Mərasimdə çıxış edən Roma Şəhər Meriyasının beynəlxalq şöbəsinin müdiri Serena Forni Romada dahi şairə heykəl ucaldılmasını iki ölkə arasında dostluğun rəmzi kimi qiymətləndirib. Xanım Forni son vaxtlar Romada Mehriban Əliyevanın təşəbbüsü ilə bir sıra tədbirlərin keçirildiyini vurğulayıb.
Bu tədbirlərdən biri kimi ötən il ölkəmizin müstəqilliyinin bərpa edilməsinin 20 illiyi münasibətilə Romada keçirilən tədbiri xatırladıb.
Neapol Şərqşünaslıq Universitetinin professoru Mineli Bernardini də Nizami Gəncəvinin əsərlərini bütün dövrlər üçün əvəzsiz xəzinə adlandırıb.
Professor bildirib ki, şairin yaradıcılığının Azərbaycan xalqına xidmət etməklə yanaşı, digər xalqlar üçün də böyük əhəmiyyət daşıdığını vurğulayıb: “Nizamini İtaliyada da yaxşı tanıyırlar”.
M.Bernardini N. Gəncəvinin əsərlərini italyan dilinə tərcümə edildiyini və sevildiyini, onun yaradıcılığının bəşəri əhəmiyyət daşıdığını diqqətə çatdırıb.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva çıxışında abidənin ucaldılmasında əməyi olan insanlara minnətdarlığını bildirib.
Bu günlərdə İtaliyada Azərbaycan Mədəniyyəti Günlərinin keçirildiyini xatırladan birinci xanım qeyd edib ki, N. Gəncəvinin abidəsinin açılışını bu hadisənin kulminasiya nöqtəsidir.
“Nizami Gəncəvi Azərbaycan mədəniyyətinin və tarixinin ən görkəmli şəxsiyyətlərindən biridir”, - deyən Mehriban Əliyeva Nizami yaradıcılığının bütün dünyada sevildiyini, UNESCO tərəfindən ədibin 850 illiyi münasibətilə 1991-ci ilin “Nizami Gəncəvi ili” elan edildiyini diqqətə çatdırıb. Mehriban Əliyeva şairin əlyazmalarının dünyanın bir çox kitabxanalarında və arxivlərində saxlanıldığını da vurğulayıb.
Mehriban Əliyeva Nizami yaradıcılığının bəşəri olduğunu, hələ orta əsrlərdə - Renessans dövründə bir çox Avropa ədiblərinin Nizaminin əsərlərinə müraciət etdiyini söyləyib.
Şairin Gəncədəki məqbərəsinin mədəniyyət və tarixi abidə kimi dövlət tərəfindən qorunduğunu vurğulayan birinci xanım Romada belə bir abidənin ucaldılmasının İtaliyada da onun yaradıcılığına, diqqət və marağı artıracağına əminliyini vurğulayıb: “Eyni zamanda, bu hadisə ölkələrimiz arasında mədəniyyət və humanitar sahələrdə əlaqələrin möhkəmləndirilməsinə şübhəsiz ki, öz töhfəsini verəcək. İtaliya və Azərbaycan bu gün demək olar ki, bütün sahələrdə tərəfdaşdır və bizim mədəniyyət sahəsində görüşlərimiz artıq ənənəvi xarakter daşıyır”.
Mehriban Əliyeva ötən ilin dekabrında Romada ölkəmizin müstəqilliyinin bərpa olunmasının 20-ci ildönümünə həsr edilmiş Azərbaycan Gecəsi keçirildiyini xatırladıb: “Roma Opera Teatrında Azərbaycan musiqisi, muğam səslənirdi, Azərbaycanın qədim xalçaçılıq məktəbini əks etdirən sərgi təşkil olunub. Bu ilin sonunda Azərbaycanın müasir incəsənətini əks etdirən “Bakıya uçuş” adlı sərgi təşkil ediləcək”.
Birinci xanım bu ay Romada və digər şəhərlərində keçirilən Azərbaycan Mədəniyyəti Günlərinin maraqla qarşılandığını qeyd edib: “Bu ilin payızında Azərbaycanda İtaliya Mədəniyyəti Günləri keçiriləcək. Mən sizi əmin etmək istərdim ki, İtaliyanın zəngin tarixi, mədəniyyəti, incəsənəti, musiqisi, rəssamlıq və memarlıq məktəbi ölkəmizdə çox yaxşı tanınır və sevilir”.
Mədəniyyət və incəsənətin xalqları, insanları bir araya gətirmək, daha yaxşı anlamaq üçün ən gözəl vasitə olduğunu deyən Mehriban Əliyeva gələcəkdə ölkələrimiz arasında maraqlı layihələrin həyata keçiriləcəyini, əməkdaşlığın daha da möhkəmlənəcəyinə əminliyini ifadə edib.
Qeyd edək ki, N. Gəncəvinin Romadakı abidəsinin müəllifləri xalq rəssamı Salxab Məmmədov və əməkdar rəssam Əli İbadullayevdir.
Layihə Roma şəhər meriyasının tarix və incəsənət komissiyası tərəfindən təsdiqlənib.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev 23 dekabr 2011-ci ildə “Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870 illik yubileyinin keçirilməsi haqqında” sərəncam imzalayıb. ı
Mədəniyyət siyasəti
Bakıda tarixi binanın qanunsuz dəyişdirilmiş giriş qapısı əvvəlki vəziyyətinə qaytarılıb, sahibkara xəbərdarlıq edilib - FOTO
Özbəkistanda Şeyx Əbülqasım əl-Gəncinin həyatına həsr olunan material hazırlanıb
Səbaildə abidənin qapısı şüşə konstruksiya ilə əvəzlənib, ilkin görkəminə qaytarılması üçün işlər davam edir - FOTO
Azərbaycanla Vatikan arasında arxiv sahəsində əməkdaşlığa dair sənəd imzalanıb - YENİLƏNİB
Xəbər Lenti
Bakıda tarixi binanın qanunsuz dəyişdirilmiş giriş qapısı əvvəlki vəziyyətinə qaytarılıb, sahibkara xəbərdarlıq edilib - FOTO
Kuşner Rusiya-Ukrayna danışıqlarının uzanmasında Kiyevi günahlandırıb
Birbank-ın “Yığ və qazan” lotereyasının ilk tirajının qalibləri bəlli oldu
Özbəkistanda Şeyx Əbülqasım əl-Gəncinin həyatına həsr olunan material hazırlanıb
Litva XİN rəhbəri “Sabah”ın baş məşqçisi Dambrauskasa “Diplomatiya ulduzu” mükafatını təqdim edib - FOTO
On ayda 42360 uşağa reabilitasiya xidmətləri göstərilib
Dekabrda nazir və komitə sədrlərinin vətəndaş qəbulu CƏDVƏLİ
Ukrayna ordusu Zaporojye və Belqoroda PUA zərbələri endirib, altı nəfər ölüb
PAŞA Bank X Beynəlxalq Bankçılıq Forumunda iştirak edib
İsmayıllı sakini bıçaqlanıb
Bakı-Qazax yolunda qəzada iki nəfər ölüb
Faktiki hava açıqlanıb
Ermənistanda noyabrın 26–27-də Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin görüşü keçiriləcək - FOTO - VİDEO
Nazir: Zəngəzur dəhlizi Şərqlə Qərb arasında yeni marşrut açacaq
Moskvada MDB-nin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun 20 illiyi qeyd olunub
Putinin illik böyük mətbuat konfransının vaxtı açıqlanıb
FHN Ağdamda əlilliyi olan şəxslər və onlara xidmət göstərənlər üçün maarifləndirmə tədbiri keçirib
Ailə başçısını itirməyə görə pensiya alanların sayı açıqlanıb
“LUKOIL” beynəlxalq bazara yenidən qayıda bilər
Qazaxda evdə partlayış olub, 2 nəfər xəsarət alıb - YENİLƏNİB-1 - VİDEO
Azərbaycan neftinin qiyməti 100 dolları ötüb
Bu günün valyuta məzənnələri
Əmtəə bazarlarında qızılın qiyməti 3 600 dolları ötüb
Bakıda sıxlıq olan yollar açıqlanıb
Dünya bazarlarında neftin qiyməti artır
"NYMEX" əmtəə birjasında təbii qazın bahalaşması davam edir
Dünya fond bazarlarının əsas indeks göstəriciləri
Baş katib: İran “MDB+” formatına qoşulan ilk ölkə ola bilər
Misirdə sisternin aşmasından sonra baş verən yanğında ölənlərin sayı 30-u ötüb - YENİLƏNİB
Pentaqon süni intellekti zirehli texnikaya və dəniz dronlarına inteqrasiya etməyi planlaşdırır
ABŞ və Rusiya qarşılıqlı təhdidlərin aradan qaldırılmasını müzakirə edib
Səudiyyə Ərəbistanının paytaxtında partlayışlar baş verib
Azərbaycan və Litvanın XİN başçıları "Sabah" – "Barselona" matçını birlikdə izləyiblər
Kuşner İsraili hərbi düşüncə tərzindən uzaqlaşmağa çağırıb
ÇL: “Bavariya” məğlub olub, PSJ xal itirib
Suriyada İŞİD-in hücumları nəticəsində iki təhlükəsizlik əməkdaşı ölüb
Kuşner: Aİ Ukrayna üzrə danışıqlar üçün vahid nümayəndə seçməlidir
Rusiya Kiyevə ballistik raketlərlə hücum edib
ABŞ Ukraynaya F-16 qırıcıları üçün 622 milyon dollarlıq avadanlıq satışını təsdiqləyib
Rusiya səfirliyi Moldovada təxribat hazırlandığını iddia edib
Polis “Sabah” – “Barselona” oyunu ilə əlaqədar gücləndirilmiş rejimdə xidmət aparıb - FOTO
Kuşner: Ukrayna münaqişəsinin nizamlanması üçün iki ssenari nəzərdən keçirilir
Kuşner: ABŞ müharibəyə son qoyacaq istənilən variantı dəstəkləyəcək
Qaradağda palçıq vulkanı püskürüb
“Sabah” “Barselona”ya məğlub olub
Əraqçi: İsrail ABŞ-ı daha bir müharibəyə cəlb etmək istəyir
XİN rəhbəri: Gürcüstan və Azərbaycan Orta Dəhlizin inkişafında əsas rol oynayır
İkinci Azərbaycan-Özbəkistan Parlamentlərarası Forumu keçirilib, “Yol xəritəsi” imzalanıb - YENİLƏNİB
Boçorişvili: Azərbaycanla strateji tərəfdaşlığımız daha böyük əhəmiyyət kəsb edir
Tramp fond bazarındakı kəskin enişə görə demokratları günahlandırıb