Azərbaycan Prodüserlər Gildiyasının İdarə Heyətinə yeni sədr seçilib

Nəriman Məmmədov, Azərbaycan Prodüserlər Gildiyasının İdarə Heyətinin sədri

© APA | Nəriman Məmmədov, Azərbaycan Prodüserlər Gildiyasının İdarə Heyətinin sədri

# 02 avqust 2021 17:49 (UTC +04:00)

Azərbaycan Prodüserlər Gildiyasının İdarə Heyətinə yeni sədr seçilib.

APA xəbər verir ki, Azərbaycan Prodüserlər Gildiyasının İdarə Heyətinin sədri vəzifəsinin icrası Gildiyanın İdarə Heyətinin üzvü, Əməkdar mədəniyyət işçisi Nəriman Məmmədova tapşırılıb. Ondan əvvəl bu vəzifəni Əməkdar incəsənət xadimi Müşfiq Hətəmov icra edib.

Xatırladaq ki, Gildiyanın əsas məqsədləri milli kinematoqrafın inkişafına dəstək, onun müasir texnika ilə təmin edilməsi, bu sahədə mütəxəssislərin hazırlanması, televiziya, yayım, kinoteatr, internet şəbəkələri ilə əməkdaşlığın qurulması, milli filmlərin xaricdə nümayişi və satışının təmin edilməsi, ekran əsərlərinin festivallarda iştirakına dəstək, müəlliflik və mülkiyyət hüquqlarının təmin edilməsindən ibarətdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR