"Böyük İpək Yolunun İncisi" Beynəlxalq Film Festivalında Azərbaycan film günlərinin proqramı açıqlanıb

"Böyük İpək Yolunun İncisi" Beynəlxalq Film Festivalında Azərbaycan film günlərinin proqramı açıqlanıb
# 02 oktyabr 2021 13:00 (UTC +04:00)

Özbəkistanda keçiriləcək "Böyük İpək Yolunun İncisi" XIII Daşkənd Beynəlxalq Film Festivalı çərçivəsində Azərbaycan film günlərinin proqramı açıqlanıb.

APA-nın "repost.uz" saytına istinadən verdiyi xəbərə görə, festivalda bədii və sənədli filmlər nümayiş olunacaq.

Film günlərində rejissor İsmayıl Səfərəlinin "Balıqçının qızı", Rüfət Həsənovun "Daxili ada", Əli-Səttar Quliyevin "Olimpiya", rejissor Kseniya Laqutinanın "Fəridə", Zaur Qasımlının "İrs" filmləri nümayiş olunacaq. Filmlərin nümayişi Daşkənd, Urgenç və Nukusda baş tutacaq. Paytaxtda filmlərin nümayişi Azərbaycan Mədəniyyət Mərkəzində keçiriləcək.

Qeyd edək ki, bu beynəlxalq festival 1968-ci ildən bəri keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR