Nazir: “Şuşanı turizm və mədəniyyət məkanına çevirməyi düşünürük”

Mədəniyyət naziri Anar Kərimov

© APA | Mədəniyyət naziri Anar Kərimov

# 24 may 2021 13:40 (UTC +04:00)

“Şuşada ən vacib məsələ oradakı mədəni-tarixi abidələrimizin, ümumiyyətlə evlərin, infrastrukturun bərpasıdır. Sonra Azərbaycan vətəndaşlarının ora qayıtmasıdır”.

APA-nın məlumatına görə, bunu mədəniyyət naziri Anar Kərimov bildirib.

Nazirin sözlərinə görə, insanlar qayıdandan sonra orada adət-ənənələrimizin bərpa olunması nəzərdə tutulur: “Şuşanı ümumiyyətlə mədəniyyət paytaxtı olaraq turizm və mədəniyyət məkanına çevirməyi düşünürük. Təbii ki, gələcəkdə bizi orada çoxsaylı tədbirlər gözləyir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR