Qətərdə Nizami Gəncəviyə həsr edilmiş tədbir keçirilib

Qətərdə Nizami Gəncəvinin 880 illik yubileyinə həsr edilən tədbir keçirilib

© APA | Qətərdə Nizami Gəncəvinin 880 illik yubileyinə həsr edilən tədbir keçirilib

# 06 dekabr 2021 15:43 (UTC +04:00)

Azərbaycan Respublikasının Qətərdəki Səfirliyi və Qətər Milli Kitabxanasının (QMK) birgə təşkilatçılığı ilə Doha şəhərində dahi şair və görkəmli mütəfəkkir Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Mədəniyyət Nazirliyindən APA-ya verilən məlumata görə, tədbirdə QMK-nin rəhbəri, Qətərin Baş nazirin müavini rütbəsində dövlət naziri Həməd bin Əbdüləziz Əl-Kavari, Azərbaycan mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev və fəlsəfə doktoru, Fəlsəfə və Sosiologiya Akademiyasının təsisçisi Mail Yaqub çıxış ediblər.

Tədbirdə iki ölkə arasında mədəniyyət sahəsində əlaqələrin inkişafına və Nizami irsinin tədqiqinə töhfə olaraq, Həməd Əl-Kavari Nizami Gəncəvinin poemalarının Qətər Milli Kitabxanasında saxlanılan qədim əlyazmaları və miniatürlərinin elektron nüsxələrini Elnur Əliyevə təqdim edib.

Tədbir zamanı, həmçinin sözügedən qiymətli əlyazmaların orijinal nüsxələri tədbir iştirakçıları üçün sərgilənib.

Qeyd edək ki, səfər çərçivəsində Elnur Əliyev Qətərin dövlət naziri Həməd bin Əbdüləziz Əl-Kavari ilə görüş keçirib, habelə Qətər Milli Kitabxanasının fəaliyyəti ilə tanış olub.

Qeyd edək ki, mədəniyyət nazirinin birinci müavini Elnur Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Qətərdə səfərdədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR