Xalq rəssamı Tahir Salahov I Fəxri Xiyabanda dəfn olunub - YENİLƏNİB-1 - FOTO

Xalq rəssamı Tahir Salahovun dəfn mərasimi

© APA | Xalq rəssamı Tahir Salahovun dəfn mərasimi

# 24 may 2021 13:04 (UTC +04:00)

Xalq rəssamı Tahir Salahov dəfn olunub.

APA-nın məlumatına görə o, I Fəxri Xiyabanda dəfn edilib.

***

12.54

Xalq rəssamı Tahir Salahovun dəfn mərasimi keçirilir.

APA-nın məlumatına görə o, birinci Fəxri Xiyabanda dəfn olunur.

Dəfn mərasimində Xalq rəssamının ailə üzvləri, yaxınları, mədəniyyət naziri Anar Kərimov, incəsənət və mədəniyyət nümayəndələri iştirak edirlər.

Onun məzarı görkəmli alim Lütfi Zadənin məzarı yanında yerləşir.

Qeyd edək ki, Tahir Salahov mayın 21-də müalicə olunduğu Almaniyada vəfat edib.

***

11.40

Xalq rəssamı Tahir Salahovla vida mərasimi keçirilir.

APA-nın məlumatına görə, onun cənazəsi vida üçün İçərişəhərdə yerləşən "Art Galleri"yə gətirilib.

Mərasimdə Xalq rəssamının ailə üzvləri və yaxınları iştirak edirlər.

Qeyd edək ki, Tahir Salahov I Fəxri Xiyabanda dəfn olunacaq. O, mayın 21-də müalicə olunduğu Almaniyada vəfat edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR