Fəxrəddin Altun türkdilli dövlətlərə çağırış edib

#
# 14:59
10 aprel 2021

“Sosial media şirkətlərinin hamısının Türkiyədə nümayəndəliyi açılır. Əks halda onlar sanksiyalara məruz qalır. Bunun üçün bu şirkətlərin hamısı Türkiyədə nümayəndəliklərini açmağa başlayıb”.

APA-nın məlumatına görə, bunu bu gün Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) informasiya və media üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 3-cü toplantısında Türkiyə Respublikası Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin sədri Fəxrddin Altun bildirib.

O deyib ki, bunu dünyanın digər dövlətləri də etməlidir: “Türk dövlətlərinə çağırış edirəm ki, birlikdə yeni dönəmin imkanlarından faydalanaq. Bununla da qarşı-qarşıya olduğumuz hibrid təhdidlər mübarizə aparaq. 44 günlük Vətən müharibəsi dövründə Türkiyə və Azərbaycanın əməkdaşlığı bir daha göstərdi ki, əl-ələ verdiyimizdə heç nə və heç kim qarşımızda dura bilmir. Türkiyə və Azərbaycan arasında olan Ortaq Media Platformasını Türk Şurasına üzv digər ölkələrlə genişləndirməyi istəyirik. Bu platformada Kipr türklərinin də təmsil olunmasını istəyirik. Bununla bağlı bütün üzv və müşahidəçi dövlətlərlə əməkdaşlığı genişləndirməyi düşünürük. “Qarabağ Azərbaycandır!” deyərək, azərbaycanlı qardaşlarımızın sevincini bir daha bölüşürük”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR