Vətən Müharibəsi qəhrəmanları haqqında verilişlər hazırlanacaq

Vətən Müharibəsi qəhrəmanları haqqında verilişlər hazırlanacaq
# 06 may 2021 14:29 (UTC +04:00)

Azərbaycan Respublikasının Vətən Müharibəsi qəhrəmanları və Azərbaycanın Milli qəhrəmanları ilə bağlı verilişlər hazırlanacaq, maarifləndirici layihə və proqramlar həyata keçiriləcək.

APA-nın məlumatına görə, bu, “Gənclər siyasəti haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, müvafiq icra hakimiyyəti orqanları, kütləvi informasiya vasitələri, televiziya və radio yayımçıları, sosial media vasitəsilə gənclərdə vətənpərvərlik, milli və ümumbəşəri dəyərlərə hörmət hisslərinin, dövlətçilik prinsiplərinə sadiqliyin gücləndirilməsi, tolerantlığın və multikulturalizmin təbliği məqsədi ilə dövlət rəmzləri, ölkə və dünya tarixi, mədəniyyəti, tarixi şəxsiyyətlər, Azərbaycan Respublikasının Vətən Müharibəsi qəhrəmanları və Azərbaycanın Milli qəhrəmanları haqqında elmi-populyar verilişlər hazırlayacaq və maarifləndirici layihə və proqramlar həyata keçirəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR