Mətbuat Şurasında “Xocalının səsi” qəzetinin 30 illik yubileyinə həsr olunmuş toplantı keçirilib

MŞ-də “Xocalının səsi” qəzetinin 30 illik yubileyi qeyd olunub

© APA | MŞ-də “Xocalının səsi” qəzetinin 30 illik yubileyi qeyd olunub

# 13 iyul 2021 17:10 (UTC +04:00)

Bu gün Azərbaycan Mətbuat Şurasında “Xocalının səsi” qəzetinin 30 illik yubileyi ilə bağlı toplantı keçirilib.

Mətbuat Şurasından APA-ya verilən məlumata görə, MŞ sədri Əflatun Amaşov bildirib ki, mətbuat hər bir xalqın tarixində misilsiz rol oynayan düşüncə mərkəzidir. Onun sözlərinə görə, çətin və mürəkkəb şəraitdə yaranmış “Xocalının səsi” qəzeti yalnız bir rayonun təmsilçisi olmadı, eyni zamanda Xocalı dəhşətinin hayqıran söz tribunasına çevrildi: “30 il ərzində o dəhşət nəşrin səhifələrinə daşındı. Bu günün “Xocalının səsi” qəzeti də 30 il əvvəlki ənənələrinə sadiqdir, öz dəst-xəttini qoruyur”.

Ə.Amaşov çıxışının sonunda “Xocalının səsi” qəzetinin baş redaktoru Qalib Bəyməmmədoğluna Mətbuat Şurası tərəfindən nəşrə ünvanlanmış təbrik plaketini təqdim edib.

Toplantıda çıxış edənlər qəzetin qarşıdakı dövrdəki fəaliyyətinin dövrün tələbləri səviyyəsində daha intensiv və səmərəli qurmasının əhəmiyyətindən söz açıblar.

Sonda “Xocalının səsi” qəzetinin baş redaktoru Qalib Bəyməmmədoğlu toplantı iştirakçılarına təşəkkürlərini çatdırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR