Bakının 2020-ci ilin Yay Olimpiya Oyunlarını keçirmək üçün namizədliyinin irəli sürülməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi üzrə Təşkilat Komitəsi yaradılıb

Bakının 2020-ci ilin Yay Olimpiya Oyunlarını keçirmək üçün namizədliyinin irəli sürülməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi üzrə Təşkilat Komitəsi yaradılıb
# 08 sentyabr 2011 16:05 (UTC +04:00)
APA-nın məlumatına görə, Təşkilat Komitəsi aşağıdakı tərkibdədir:

Təşkilat Komitəsinin sədri

Yaqub Eyyubov – Azərbaycan Respublikası Baş nazirinin birinci müavini

Təşkilat Komitəsinin üzvləri

Hacıbala Abutalıbov – Bakı Şəhər İcra Hakimiyyətinin başçısı
Elmar Məmmədyarov – Azərbaycan Respublikasının xarici işlər naziri
Azad Rəhimov – Azərbaycan Respublikasının gənclər və idman naziri
Kəmaləddin Heydərov – Azərbaycan Respublikasının fövqəladə hallar naziri
Şahin Mustafayev – Azərbaycan Respublikasının iqtisadi inkişaf naziri
Samir Şərifov – Azərbaycan Respublikasının maliyyə naziri
Əbülfəs Qarayev – Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri
Əli Abbasov – Azərbaycan Respublikasının rabitə və informasiya texnologiyaları naziri
Füzuli Ələkbərov – Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri
Kərəm Həsənov – Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin sədri
Rövnəq Abdullayev – Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti
İlqar Rəhimov – Azərbaycan Respublikası Paralimpiya Komitəsinin prezidenti
Ağacan Abiyev – Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin baş katibi
Çingiz Hüseynzadə – Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti
Fərid Mansurov – Olimpiya çempionu
Namiq Abdullayev – Olimpiya çempionu
Zemfira Meftəhətdinova – Olimpiya çempionu
Elnur Məmmədli – Olimpiya çempionu

Təşkilat Komitəsinə Bakı şəhərinin 2020-ci ilin XXXII Yay Olimpiya və XVI Paralimpiya oyunlarını təşkil etmək üçün namizəd şəhər kimi irəli sürülməsi ilə bağlı bütün məsələləri həll etmək, Gənclər və İdman Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyətinə isə Milli Olimpiya Komitəsi ilə birlikdə namizəd şəhərin Olimpiya Oyunlarının keçirilməsi ilə bağlı namizədliyinin qəbul edilməsi proseduruna uyğun olaraq Beynəlxalq Olimpiya Komitəsinə təqdim etmək üçün, Təşkilat Komitəsi ilə razılaşdırılmaqla, sifariş kitabını hazırlamaq tapşırılıb.
Sərəncamdan irəli gələn məsələləri isə Nazirlər Kabineti həll edəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR